Neftçalada “Müstəqil dil siyasətində Ulu Öndərin imzası” mövzusunda onlayn konfrans keçirilib

2020-09-15 Baxış: 405
img

Sentyabrın 14-də Neftçala Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Müstəqil dil siyasətində Ulu Öndərin imzası” mövzusunda onlayn konfrans keçirilib.

Onlayn tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Salyan, Xaçmaz, Zərdab, Yevlax, Samux, Kürdəmir, Ağstafa, Şabran, Zaqatala, Bərdə, Balakən, Tovuz, Beyləqan, Qəbələ, Şamaxı və Masallı Heydər Əliyev mərkəzlərinin rəhbərləri iştirak ediblər.

MAYAKİNFO xəbər verir ki, onlayn konfransda çıxış edən Neftçala Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan böyük sevgisindən, dilimizin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşmasında Ulu Öndərin rolundan danışıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva çıxışında ulu babalarımızdan bizə miras qalan dilimizin praktik işlənməsi üçün ölkəmizdə münbit şəraitlə yanaşı, onun yad təsirlərə qarşı müqavimətli olmasında böyük rol oynayan Ulu Öndərin dil siyasətindən söhbət açıb.

Sonda Azərbaycanın tanınmış vokalisti Aygün Mübariz Azərbaycan dilinin saflığını, gözəlliyini ifa etdiyi musiqi ilə nümayiş etdirib.