Neftçala sakinləri rayonun icra başçısı Mirhəsən Seyidova təşəkkür məktubu ünvanlayıblar.

2020-09-16 Baxış: 756
img

Neftçala rayonunun Yeniqışlaq kəndinin sakinləri rayonun İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova təşəkkür məktubu ünvanlayıblar. Məktubda deyilir:

 

“2020-2021-ci tədris ilinin başlanması pedaqoji işçiləri səfərbər etdiyi kimi,valideynlərin də üzərinə böyük məsuliyyətlər qoymuşdur. Çünki mart ayının 2-dən başlanan “Covid 19” infeksiyasına qarşı  mübarizə nəticəsində məktəblər bağlanmış, onlayn dərslərə start verilmişdi. Biz bu müddət ərzində həm maddi, həm də mənəvi çatışmazlıqlar hiss etmişdik. Ancaq sağlam dövlətçiliyimiz və bu idarəçiliyin başında duran ölkə rəhbərliyinin hesabına cətin vəziyyətdən çıxa bildik.

Cənab prezidentimiz İlham Əliyevin əhaliyə olan qayğısı ,diqqəti bizləri ruhlandırdı. Belə mürəkkəb dönəmdən çıxmağa, bir-birimizə arxa-dayaq durmağa sövq etdi. Verilən maddi yardımlar insanları ayaqda saxladı, dövlətimizin yeritdiyi siyasətə qarşı inamını daha da artırdı.

Bu gün də bu siyasət uğurla davam etdirilir. Yeni tədris ilinin başlanması münasibətilə imkansız ailələrə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Cənab Mirhəsən Seyidovun göstərişi  və “PAŞA Holding” MMC -nin təşkilatçılığı, yerli idarə və müəssisələrin, bələdiyyələrin, bir neçə şirkətin, yerli iş adamları və sahibkarların dəstəyi ilə məktəb ləvazimatlarından ibarət yardımların verilməsi  biz valideynləri çox sevindirdi, sözün əsl mənasında böyük müjdə oldu.

Bütün bunlara görə prezidentimiz Cənab İlham Əliyevə və rayonumuzun başçısı Cənab Mirhəsən Seyidova yardım alan valideynlər adından təşəkkür edirik”

 

Neftçala rayon Yeniqışlaq kənd sakinləri Vüqar Quliyev, Fərman Zeynalov və Sadiq Abasov.