Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala filialı açılır.

2020-09-21 Baxış: 740
img
Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019 - cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Neftçala rayonunda fəaliyyətə başlayır. Nümayəndəlik dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verəcəkdir. Nümayəndəlik vasitəsilə rayonumuzda yaşayan gənclərə dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı yaradılacaqdır. Rayonumuzda fəaliyyətə başlayacaq yeni mərkəz gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işini təmin edəcəkdir.
Gəncləri bu imkanlardan faydalanmağa və sıx əməkdaşlığa dəvət edirik!
Mərkəzin açılış tədbiri 25 sentyabrda ZOOM platforması üzərindən təşkil olunacaqdır. Tədbirdə iştirak etmək üçün aşağıdakı qeydiyyat anketini doldurmağınız rica olunur.