Qubada bir məktəbin 8 müəllimi koronavirusa yoluxub

2020-09-22 Baxış: 480
img

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin koronavirusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Təhsil Nazirliyindən MAYAKİNFO-ya verilən məlumata görə, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.