Neftçalada zəlzələ olub

2020-11-25 Baxış: 488
img

Noyabrın 25-də Cəlilabad seysmoloji stansiyasından 63 kilometr şərqdə - Neftçala rayonunda maqnitudası 3.5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən MAYAKİNFO-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:16-da qeydə alınıb.

Ocağı 40 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.