Salyanda ər-arvad dəm qazından zəhərləndi

2020-11-30 Baxış: 543
img

Bu gün Salyan rayonunun Babazanlı yaşayış massivində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

MAYAKİNFO-nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə massiv sakinləri ər-arvad 56 yaşlı Qafar Aydın oğlu Babayev və 52 yaşlı Fəridə Zəkulla qızı Babayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hadisə nəticəsində qadın dünyasını dəyişib, həyat yoldaşı isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.