Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

2020-12-08 Baxış: 1591
img

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.

MAYAKİNFO Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrimizin Vətən müharibəsində şəhid olmuş 2783 hərbi qulluqçusundan bu günədək 2723-ü dəfn edilib.

Dəfn edilmiş şəhidlərimizin fotoşəkilləri, adları, soyadları, hərbi rütbələri və doğum tarixləri haqqında məlumatlar təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi olaraq məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı