Neftçalada 76 yaşlı qadın Kürdə boğuldu

2020-12-15 Baxış: 720
img

Dünən Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində bacısıgildən qayıdarkən itkin düşən 76 yaşlı qadının Kür çayında boğulduğu məlum olub.

MAYAKİNFO xəbər verir ki, 1944-cü il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini  Soltanova Narıngül Sadiq qızı dünən günorta saat 14:00 radələrində həmin kənddə yaşayan  bacısıgilə getmiş, ordan evə qayıdarkən naməlum səbəbdən itkin düşmüşdür. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Narıngül Soltanovanın meyiti bu gün  Kür çayının həmin kəndin ərazisindən keçən hissəsindən tapılmışdır. 

Faktla bağlı araşdırma aparılır.