Neftçalada baş verən qəzada motosiklet sürücüsü öldü.

2021-01-10 Baxış: 511
img

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, rayonun Həsənabad qəsəbə sakini, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu özünəməxsus motosikletlə M.Ə.Sabir küçəsində  hərəkətdə olarkən qəfil idaəretməni itirərək qəza törədib. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.