Neftçalada 65 yaşlı kişi intihar edib.

2021-01-13 Baxış: 852
img

Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində intihar hadisəsi qeydə alınıb.

MAYAKİNFO xəbər verir ki, 1956-cı il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Abıyev Asim Mərif oğlu dünən gecə saat 23:45 radələrində yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Yaxınlarının verdiyi məlumata görə uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Asim Abiyevin son günlər psixoloji problemləri yaranmışmış. 

Faktla bağlı araşdırma aparılır.