Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

2021-01-15 Baxış: 954
img

Bu gün günorta saatlarında Neftçala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, şəhərin M,Ə,Sabir küçəsində hərəkətdə olan 99-UA-731 dövlət qeydiyyat nişanlı Volqa markalı avtomobil ötmə əməliyyatı etmək istəyərkən qarşısında hərəkət edən 10-CV-488 dövlət qeydiyyat nişanlı Volqa markalı digər avtomibil qəfil sola dönmə əməliyyatı həyata keçirib və arxadan gələn "Volqa" qarşıdakı vuraraq  yoldan çıxmışdır. Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmamışdır. 

Faktla bağlı araşdırma aparılır.