Neftçalada avtomobil yolu keçən piyadanı vurdu

2021-01-18 Baxış: 835
img

Yanvarın 18-də Neftçala şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Dördlər kənd sakini Zeynalov Elməddin Nəriman oğlu özünə məxsus 10-XT-698 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobillə H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçən 1982-ci il təvəllüdlü Neftçala şəhər sakini Dadaşov Şamil Arif oğlunu vurmuşdur. Hadisə nəticəsində xəsarət alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu yanvarın 18-də Neftçala şəhəri ərazisində baş vermiş üçüncü yol nəqliyyat hadisəsidir.