Neftçala sakini avtomobillə Lökbatanda yolu keçən piyadanı vurdu

2021-01-22 Baxış: 763
img
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


MAYAKİNFO xəbər verir ki, yanvarın 21-də saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.