YAP Neftçala rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

2021-02-17 Baxış: 549
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.
MAYAKİNFO xəbər verir ki, yığıncaqda YAP İcra Katibliyinin məsul işçisi, Mil-muğan zonası üzrə kuratoru Həsən Daşdəmirov, YAP Neftçala rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, YAP Neftçala rayon təşkilatının sədr müavini Şəfəq Balaşova geniş hesabat məruzəsi ilə çıxış edərək, həyata keçirilən islahatlardan, ölkəmizin koronovirusa qarşı mübarizəsindən və şanlı qələbəmizdən bəhs edib. Ş.Balaşova qeyd edib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.
Çıxış edən YAP İcra Katibliyinin məsul işçisi, Mil-muğan zonası üzrə kuratoru Həsən Daşdəmirov bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun 2003-cü ildən başlayaraq cənab Prezidentimiz tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkəmizin sosial-iqtisadi və mədəni həyatında dinamik inkişafa nail olunub, bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək, təşkilata fəaliyyətində uğurlar arzulayıb.
YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Sona Haxıyeva ötən hesabat dövründəki fəaliyyətindən bəhs edib. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
YAP Neftçala rayon təşkilatının Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədr müavini Gülər Mirzəyeva çıxış edərək dövlət başçısının həyata keçirdiyi islahatları diqqətə çəkərək, ölkə əhalisini rifahının yüksəldilməsi istiqamətində layihələrin reallaşdığını bildirib. Ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı danışıb.
YAP Neftçala rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri Telman Quluyev çıxış edərək, Nəzarət-Təftiş qrupu partiyaya qəbulun keyfiyyətinə daim nəzarət etmiş, yuxarı partiya orqanlarının partiya təşkilatları qarşısında qoyduğu partiyanın ideya, əqidə sağlamlığını təmin etmək vəzifəsini öz işində rəhbər tutmuşdur. 2020-ci il ərzində Nəzarət-Təftiş qrupunun üzvləri YAP-ın Nizamnaməsinin tələblərinin həyata keçirilməsini rayon təşkilatında və bəzi ərazi ilk partiya təşkilatlarında yoxlamış, təlimati göstərişlər vermişdir. Hesabat dövründə partiya üzvlərindən və digər vətəndaşlardan rayon təşkilatına daxil olmuş ərizə və şikayətlərə vaxtında baxılması vəziyyəti tərəfimizdən yoxlanılmış və bu işin əsasən düzgün təşkil edildiyi müəyyənləşdirilmişdir.
YAP Neftçala Rayon Təşkilatı adından Partiyanın tapşırıqlarında aktivlik göstərən , Vətən Müharibəsi dövründə arxa cəbhədə göstərdiyi xidmətlərinə görə, şəhid və qazi ailələrinə mütamadi olaraq baş çəkən, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən fəallıq göstərən üzvləri Təşəkkürnamə ilə təltif edildi.
Sonda YAP Neftçala rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyəti qənaətbəxş kimi qiymətləndirilib.