Neftçalada qanunsuz ov edən şəxslər yaxalanıb

2021-02-22 Baxış: 831
img

Neftçala rayonunda qanunsuz ov edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, rayonun Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Onlardan “İJ” markalı iki ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.