Şəhid Rauf Süleymanova məxsus əşyalar muzeyə təhvil verilib

2021-02-24 Baxış: 503
img

Şəhid Rauf Süleymanova məxsus bir sıra əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Bu barədə MAYAKİNFO-ya muzeydən məlumat verilib.

Rauf Süleymanov 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində anadan olub. Bərdə rayonunda Daxili Qoşunlarda hərbi xidmət keçib. Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib. Türkiyədə təlim keçib. Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.