Sərvətimin xəzinəsi Qarabağım!

2021-03-06 Baxış: 433
img

Artıq 30 illik həsrətdən sonra doğma Qarabağımıza qovuşduq. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanımız başda olmaqla Müzəffər ordumuzun  sayəsində torpaqlarımız işğaldan azad olundu. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində xalqımız zəfər çaldı. Artıq tezliklə düşmənin viran qoyduğu Qarabağımızı sözün həqiqi mənasında əsl cənnətə çevirməliyik. Bunun üçün isə Aəzrbaycanın kifayət qədər imkanları və ehtiyatları var. Çünki, müdrik rəhbəri sayəsində iqtisadiyyatı yüksək səviyyədə inkişaf edib, maliyyə imkanları xeyli artıb. Artıq bu sahədə işlərə start verilib. İşğaldan azad edilmiş torpaqlarda nəhəng infrastruktur, çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olunacaq. Füzuli rayonunda beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi, işğaldan azad edilən ərazilərin inkişafı baxımından çox əhəmiyyətli və vacib layihələrdən hesab olunur. Həmçinin Laçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bilirik ki, Qarabağın iqtisadi potensialı çox genişdir və bu potensial kənd təsərrüfatının da müxtəlif sahələrini əhatə edir. İşğaldan azad edilmiş torpaqların kateqoriyasını nəzərə almaqla artıq qəıbul edilmiş proqramlara uyğun şəkildə torpaqlardan səmərəli istifadə olunmağa başlanılmışdır. Bu torpaqlardan düzgün istifadə etməklə müxtəlif strateji sahələr üzrə Dövlətin ərzaq təhlükəsizliyinə böyük faydalar veriləcəkdir. Bunun üçün isə uzun illər ekoloji terrora məruz qalmış ərazilərimiz elmi cəhətdən öyrənilməlidir. Artıq cənab Prezident həmin ərazilərə gedərkən hansı işlərə necə və hansı istiqamətdə başlanılması barədə öz mesajlarını aydın verir. Hər bir işin planla həyata keçirilməsinin şahidi oluruq. Bu isə öz növbəsində bizi çox sevindirir və işğaldan azad edilmiş ərazilərin gələcəyinin parlaq olacağına əminlik yaradır. Qeyd edirəm ki, Qarabağın saymaqla bitməyən imkanlarından biri də onun alternativ  enerji mənbələrinin olmasıdır. Həmin yerlər bərpa olunan enerji resursları ilə zəngindir. “Azad edilmiş torpaqlarda, eyni zamanda böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var". Bu fikirləri Dövlət Başçımız İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirmişdi. Bəli, dərin zəkası, müqayisəolunmaz biliyi ilə hərtərəfli insan olarq bu ərzilərin potensialını kifayət qədər gözəl bilir cənab Prezident. Biz inanırıq ki, xalqımız yaxın gələcəkdə bütün maneələri aşaraq Qarabağımzın tarixi şöhrətini özünə qaytaracaq, zaman-zaman düşmən tərəfindən istismar edilmiş təbii resurslarımızdan, təbii ehtiyatlarımızdan daha səmərəli şəkildə istifadə ediləcəkdir. Bu işlərdə hər zaman olduğu kimi hər bir azərbaycanlı Liderimizi dəstəkləyəcək Qarabağımızın, Azərbaycanımızın inkişafı naminə öz köməyimizi əsirgəməyəcəyik.

 

 

 

Əzizə Bəxşəliyeva

Neftçala rayon sakini, gənc.