Salyanda maşın oğurlayan qadınlar saxlanıldı

2021-03-09 Baxış: 771
img

Salyan Rayon Polis Şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S. Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.