Neftçalada dəm qazından 2 nəfər zəhərlənib, 1 nəfər ölüb.

2021-03-15 Baxış: 1053
img

Neftçalada bu gün səhər saatlarında baş verən dəm qazından zəhərlənmə hadisəsində 1 nəfər ölüb, 1 nəfər xəstəxanaya yerləşdirilib.

MAYAKİNFO-nun əldə etdiyi məlumata görə, hadisə Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış evində qeydə alınıb. Hadisə baş verən zaman evdə iki nəfər olub. Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Qənbərova Ağabacı Ərəstun qızı təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib, 1985-ci il təvəllüdlü Babayev Emin Füzuli oğlu isə  xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.