Neftçalada avtomobil piyadanı vuraraq öldürüb.

2021-03-15 Baxış: 1356
img

Neftçala rayonunun Aşağı Qaramanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

MAYAKİNFO xəbər verir ki, hadisə saat 22:50 radələrində Salyan-Neftçala avtomobil yolunun Aşağı Qaramanlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Neftçala rayon Qədimkənd kənd sakini Əsədov Natiq Saleh oğlu idarə etdiyi 30BD810 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 1983-cü il təvəllüdlü Aşağı Qaramanlı kənd sakini Əhədov Rüstəm Rahil oğlunun vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.