Qarabağda ən müasir pilot layihələr həyata keçiriləcəkdir.

2021-03-16 Baxış: 356
img

Qarabağı regionun ən müasir inkişaf etmiş ərazisinə çevirməkdə Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədi, bu günə kimi Emənistanın həmin ərazilərdən istifadə etdiyi məqsədlərdən əsaslı şəkildə fərqlənir. İşğaldan azad edilmiş ərazilərin tranzit bölgəyə çevrilməsi əslində Azərbaycanı həm qərb, həm də şərq üçün dövlət maraqları baxımından əhəmiyyətli edir. Həmin ərazilərdə hazırda həyata keçirilən genişmiqyaslı tədbirlərə baxdıqda buranın vaxtilə Ermənistan üçün hansı əhəmiyyəti kəsb etdiyini və bu gün Azərbaycan üçün hansı əhəmiyyəti daşıdığını aydın görmək olur. Bildiyimiz kimi, Azərbaycan bu gün artıq müasir inkişaf yoluna qədəm qoymuş dövlətdir. XXI əsrdə Azərbaycanın tikinti-quruculuq sahəsində əldə etdiyi nəaliyyətləri gördükdə Qarabağın və ətraf ərazilərimizin çox yaxın zamanda simasının necə dəyişəcəyinə heç bir şübhəmiz yoxdur. Bunun üçün Azərbaycanın hər bir imkanı var. Hər bir resursdan səmərəli istifadə etməklə Qarabağda qısa müddətdə böyük inkişafa nail olunacaqdır. Qarabağ bölgəsinin imkanlarından düzgün istifadə etməklə sənaye, kənd təsərrüfatı turizm və bir çox gəlirli sahələri inkişaf etdirmək mümkündür. Aparılan işlərdən görünür ki, istiqamət düzgün, məqsəd isə alidir. Belə olduqda sözsüz ki, region qısa müddətdə inkişaf etmiş əraziyə çevriləcəkdir. Dünyada insanların marağında olduğu turizm sahəsinin inkişafı üçün heyrətamiz təbiətə malik Qarabağın imkanlarını saymaqla bitməz. Gözəl, füsunkar təbiət, dağlar, meşələr, mineral bulaqlar ərazinin təbii imkanlarını göz önünə çıxarır. Bu məsələdə düşmənin barbarlıq siyasəti nəticəsində dağıdılmış tarixi abidələrimizin bərpası mühüm əhəmiyyət kəsb edəcəkdir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın həmin sahəyə şəxsən nəzarət etməsi çox sevindiricidir. Dağıdılmış tarixi məkanlarımızın, məscidlərimizin, müqəddəs yerlərin bərpası istiqamətində həyata keçirilən işlər bizi gələcəyə ümüd və böyük inamla baxmağa vadar edir. Bölgədə ekoturizmin, qış turizminin, ov turizminin inkişafı Ölkəmizə yalnız və yalnız dividentlər gətirəcəkdir. Bu da canımızı qurban verməyə hazır olduğumuz müqəddəs Vətənimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

 

Fərqanə Ağalarova

Müəllimə