Şanlı tariximizi heç bir qüvvə saxtalaşdıra bilməz

2021-03-17 Baxış: 497
img

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan ölkəmiz, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Böhran hökm sürürdü - həm iqtisadi sahədə, həm siyasi, həmdə hərbi sahədə. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdi. Və bu gənc dövlətimiz üçün ilk sınağ, ilk imtahan idi. Təəsuflər olsun ki, biz bu imtahandan keçə bilmədik. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmışdır. Təcavüz nəticəsində 20 minə yaxın vətəndaşımız qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Xalqımızın əsrlər boyu yaşadıqları indiki Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan (20%) 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir. Vəziyyətin dərinləşdiyini və çıxılmaz olduğunu görən xalqımız 1993-cu ildə Heydər Əliyevə müraciət etdi. Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu təsadüfi deyildi, bu fikirlərin əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır. Heydər Əliyev Sovet İttifaqının dağılmasının ərəfəsində də böyük siyasi cəsarət göstərərək daim öz xalqının həmişə yanında idi. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə müraciət edərək öz seçimini etmişdir. 1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji seçimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Ölkə iqtisadiyyatının canlandırılması üçün yollar axtarılırdı. Çünki ölkə iqtisadiyyatı qeyd etdiyim kimi, tamamilə dağılmış vəziyyətdə idi və xarici investisiyalarsız Azərbaycanın gələcəyi mümkün deyildi. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görənUlu Öndərin müstəqil, gənc Respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatlı olmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib faktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələri hal-hazırda layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Hal-hazırda Respublikamız regionda əsas gücə çevrilmiş və hesablaşmalı bir güc olmuşdur. Və biz bunu Cənab Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günluk “Vətən Müharibəsi”ndə həm Ermənistana ,həm də onun havadarlarına göstərdik. ”VətənMüharibəsi”ndə torpaqlarımız işğaldan azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmişdir. QarabağAzərbaycandır!

 

Tural Abbasov

Neftçala rayon sakini, müəllim