Vətən torpaqlarının qorunması, Vətən kəlməsini ifadə etdiyimiz andan gözlərimiz qarşısında canlanır

2021-08-21 Baxış: 562
img

 

 Bir qərinə müddətində erməni qəsbkarlarının işğalı altında qalmış, onların təcavüzünə məruz qalmış torpaqlarımızda hər nə varsa məhv edilmiş, yandırılmış, dağıdlmışdır. Oğurlanmış sərvətimizin cavabı olaraq ermənilərə havadarlıq edən bəzi dövlətlər də necə çirkin işlərin burulğanında olduqlarını  öz  mövqeləri  ilə göstərdilər və göstərməkdə  davam edirlər. Lakin,  buna baxmayaraq biz öz torpaqlarımızı Qəhrəman vətən  övladlarının  rəşadəti  ilə  geri qaytardıq.  Bunu anlamayan  mənfur  düşmən təcavüzkar  siyasətini  davam  edərsə, əmin olsunlar ki, Ermənistanın paytaxtı daxil,  tarixi yurd yerlərimizə qədər geri alacağıq. Bu bizim müqəddəs amalımızdır...Sədaqəti  Şəhid qanıdır! Vətən torpaqlarının  işğaldan  azad edilməsi ilə qısa zaman müddətində həmin ərazilərdə Ali Baş  Komandanın şəxsən rəhbərliyi və nəzarəti ilə bərpa-quruculuq işləri  həyata keçirilməyə başlanmışdır. Bu bir tərəfdən  dövlətimizin  öz  siyasətinə inamlı mövqeyi, digər tərəfdən illərlə həsrətində olan xalqımızın öz  doğma  ocaqlarına  qayıtmaq  istəyinin  təzahürüdür. Quruculuq işlərinin ən yüksək sürət və templə həyata keçirilməsi, ən  əsası isə ölkə başçısı  cənab İlham  Əliyevin dəfələrlə  hər  bir  işğaldan azad edilmiş rayona səfərlər  etməsi–bu  torpaqlarda bir  daha yad  nəfəs  olmayacağına  təminat  verməkdədir. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Biz  illərlə “incidilmiş” ocaqlarımızın yenidən bərpası üçün, əbədi sülh üçün canımızla çalışacağıq, bütün sahələrdə... Vətən məvhumunun anlaşılmasında çox cəhətlər vardır. Onların ən ilkin qayəsi isə doğmalıqdır. Doğma Vətən, isti  ana  qucağı. Səndən  ötrü necə oğulların Şəhadətə ucaldı. Və bu gün  hər  qarış azad ocaqlarda aparılan quruculuq işləri şəhidlərimizin ruhuna dinclik verir.Biz  buna inanırıq. Çünki onların müqəddəs amalı idi  Vətəni azad görmək... Bərpa-quruculuq işləri  bu  günün vacib, şərtləndirilmiş, həyata keçirilməsi zərurət  tələb edən işlərdəndir. İllərlə  ayrı düşən, öz doğma elinə ayaq basıb torpağını öpmək istəyən soydaşlarımız intizarla gözləməkdədir. Heç nədən, heç kimdən qorxusu olmayan Azərbaycan xalqı bərpa-Quruculuq işləri ilə fərəhlənir. Vətən müharibəsində  qanı-canı  ilə  döyüşən  övladlarının  qazandığı  əbədi uca Zəfərini daim qoruyacağını  bir an belə unutmur! Quruculuq  işlərinin  getdikcə  genişləndirilməsi Azərbaycanı  sevməyən ölkələrdə çaxnaşma yaratmaqdadır. Lakin bütün bu mənfi yanaşmalar bizim uzaqgörən siyasətimizə, müqəddəs  quruculuq işlərinin  reallaşdırılmasına mane ola bilməyəcəkdir. Bu gün Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər  rayonlarının  hər  birində tikinti-quruculuq iləri davam etdirilir. Onlardan biri də Zəngəzur dəhlizinin bərpası uğrunda aparılan işlərdir ki, bu işlər də gələcəkdə öz əhəmiyyəti ilə seçiləcəkdir. Ölkə başçısı dəfələrlə demişdir ki, “Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaqdır”. Cənab Prezident  İlham Əliyevin və birinci  xanım  Mehriban xanım Əliyevanın  bu  günlərdə Kəlbəcər və Laçın rayonlarına  səfər  etmələri, təməlqoyma mərasimlərində iştirak etmələri, yeni layihələrin gələcəkdə daha çox olması haqqında təsəvvürləri genişləndirmişdir. Biz inanırıq ki, Azərbaycan  xalqının  mərd  oğullarının  qanı ilə azad edilmiş torpaqlarımızda bu bərpa-quruculuq işləri davamlı olaraq həyata keçiriləcəkdir. Düşmən təkcə mənfur  siyasətində deyil, Azərbaycanın  cəsur  oğulları  qarşısında  da əbədiyyən  məğlubiyyət  kürsüsündə olacaq, bir da  bu yerlərə ayaq basa bilməyəcəkdir. Yaşasın güclü Azərbaycan. Var olsun Azərbaycanımızı sevərək yaşadan oğullar.

 

Bədirə Niftaliyeva

Neftçala rayon sakini, ziyalı, yazar