“Dəmir Yumruq” kimi birləşən Azərbaycan xalqı

2021-09-30 Baxış: 376
img

30 il erməni işğalçılarının vəhşiliklərini,insanlığa sığmayan hərəkətlərini,faşist xuntasını görən yox idi? Nə tez Minsk qrupu ermənilərin halına ağlamağa başlayıb? Görəsən, 30 il görən gözləri kor,eşidən qulaqları kar idi? Aydın məsələdir ki,Ermənistanı əllərində bir silah kimi istədikləri istiqamətə yönəldə bildikləri üçün və bundan yararlandıqlarına görə,ermənilərə arxa olmuş, onları daha da azğınlaşdırmışdılar, törətdikləri cinayətə bəraət qazandırmışdılar. 30 il idi ki, susan Minsk qrupu,qrupun keyfiyyətsiz üzvləri dövlətlər arasında nə müharibəyə son qoya bildilər,nə də sülh yarada bildilər.Əksinə onların “fəal işgüzarlığı” səbəbindən işğal olunmuş Azərbaycan torpaqları,təbiəti,təbii ehtiyatları,tikliləri,memarlıq abidələri darmadağın edilmiş,sakinləri vəhşicəsinə qətlə yetrilmişdir. Onların həyata keçirdikləri təxribatlar nəticəsində hərbçilərlə yanaşı, dinc mülki əhalimiz qətlə yetirilmişdir.Azərbaycan bu ağrı-acıya 30 il dözdü.Dünya dövlətlərinin ölkəmizə münasibətlərini öyrəndi, kimin-kim olduğunu dəqiqləşdirdi və nəhayət,planlı surətdə düşmənə layiq olduğu cavabı verdi. 27 sentyabr 2020-ci il tarixində ermənilərin ölkəmizə qarşı törətdiyi təxribat son təxribat oldu.Azərbaycan bir nər kimi ayağa qalxdı,”Dəmir yumruğa” çevrildi və düşmənin başını əzdi.Havadarlarını görəndə “şir”ə dönən ermənilər,”Dəmir yumruğu” görüb başlarını itirdilər,siçan-siçovul kimi gizlənməyə yer axtardılar.Amma artıq canları sehirli çıraqda deyil,sağlam düşüncəli,əvəzolunmaz siyasətçi,Azərbaycan xalqının uzaqgörən Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin yuxarı qalxandəmir yumruğunda idi.Vətən müharibəsinin ilk günündən “Dəmir yumruq” şahə qalxdı, Rəşadətli Ordumuz düşməni canavar kimi parçalayaraq,odrusunu yerlə-yeksan elədi,qalan tör-töküntülərini isə iti qovan kimi qovdu.Vətən uğrunda döyüşə gedən Azərbaycan əsgərinin şüarı “Ölmək var,dönmək yoxdur!”oldu və “Qarabağ Azərbaycandır!” deyərək Zəfər yürüşünü Qələbə sorağı ilə başa vurdu. Zəfər yürüşündə Vətən uğrunda mərd oğullarımız, dinc əhalimiz şəhid oldu, onlar şəhadətə qovuşdular,amma adları tarixə qızıl hərflərlə yazıldı,şanlı-şöhrətli tariximizin əvəzolunmaz qəhrəmanlarına çevrildilər. Onlar Azərbaycanın başını dikəltdilər,qalib ölkə adını qazandırdılar.Məğlub ölkə Ermənistan isə Azərbaycandan imdad istədi, kapitulyasiya aktınayalvararaq qol çəkdi. Havadarlarından buna görə imdad dilədi. “Özgə atına minən tez düşər” ay erməni.Hanı sənin cövlan atın?Zəncirini onun-bunun əlinə verib,özünə yiyə seçəndə bəs bilmirdinmi ki, gün gələcək yiyəsiz qalacaqsan,bax indiki kimi.Amma Dəmir yuruqlu Ali Baş Komandanımız yenə sizə dərs verməli olacaq,çünki siz bir tayfa olaraq, başqasının süfrəsindən qalan artıqları yeməyə öyrəşmisiz.Necəki gec deyil,erməni “liderləri”, Azərbaycan Prezidentindən, Ali Baş Komandandan,Azərbaycanın Rəşadətli Ordusundan,cəsur əsgər və zabitlərindən,bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqından az da olsa nümunə götürün. Əlbəttə ki, bunu bacara biləcəksinizsə.. Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımız işğaldan azad olunan gündən həmin ərazilərdə quruculuq işlərinə start verib. Dövlət başçımız Qarabağı Azərbaycanın dilbər güşəsinə çevirir,qaçqın-köçkünlərin rahat evlərinə qayıtmaları üçün var qüvvəsi ilə, iri planlı işləri tez bir zamanda yerinə yetirib, xalqının əmin-amanlığı üçün başa çatdırmağa çalışır. Tarixyazan Ali Baş Komandanımız düşmənin vandal siyasəti nəticəsində Hiroşimaya çevrilən,az qala yer üzündən silinən Azərbaycanın qədim torpaqlarına can verməyə başlayıb: yeni yollartəyyarə limanları, dəmir yolları inşa edilir, şəhid ailələrini işlə,evlə,miniklə təmin edir,qazilərimizə diqqət və qayğı ilə yanaşır,onların müalicə almaları,sağlamlıqlarına qovuşmaları üçün ən yüksək səviyyədə tədbirlər görülür.Mənim Prezidentim hər addımda xalqını düşünür,xalqının rifahı üçün çalışır. Çünki, O, gücünü, ilhamını xalqından alır!

Elmira Tağıyeva

Neftçala rayon sakini, müəllim