Suqovuşanın strateji əhəmiyyəti çox böyükdür

2021-10-09 Baxış: 328
img
        2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi mənfur erməni işğaldan azad edildi. Bir neçə gün öncə böyük qürur hissi ilə Suqovuşan qələbəsinin azadlığının ildönümünü qeyd etdik. Məhz, Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Çünki bu qəsəbənin coğrafi yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük verirdi. Bu, qələbə çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur idi. Əlbəttə ki, uğurlu əməliyyat əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə səbəb olmuşdu. Xatırlayaq ki, Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Həmin ərazilərdə Ordumuz artıq əvvəlcədən bilirdi ki, düşmən çox güclü istehkamlar qurub. Burada bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən önəmli mövqelərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək, şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti və manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Hətta düşünülmüş hərbi taktika ilə Talış kəndinin və Suqovuşan qəsəbəsinin yaxınlığında yerləşmiş düşmənin çox böyük canlı qüvvəsi bilərəkdən təzyiq altında saxlanılırdı. Bu da digər əməliyyatlarda həmin qüvvənin iştirak edə bilməməsini şərtləndirirdi. Suqovuşandan danışarkən qəsəbədə yerləşən su anbarının strateji əhəmiyyətini xüsusi qeyd etmək lazımdı. Bu anbar artıq sudan əziyyət çəkən bərəkətli torpaqlarımızı qidalandıracaqdır. Hərçənd ki, bu məqsədlə yaradılmış anbar 30 ilə yaxın müddətdə ermənilər tərəfindən başqa məqsədlər üçün istifadə edildi. Onlar məqsədli şəkildə, bilərəkdən sudan əziyyət çəkən torpaqlarımızı susuz qoydular. Ancaq haqq-ədalət bərpa edildi. Bu gün Ölkəmiz bütün resurslarından tam şəkildə istifadə edir və edəcəkdir. Müharibə zamanı heç bir yalan təbliğat Tarixi Qələbəmizə mane ola bilmədi. Ali Baş Komandanımız Müzəffər Ordusu ilə strateji əhəməyyət kəsb edən Suqovuşanı vəonun  tarixi adını xalqımıza qaytardı.
 
             Azadə Həsənova 
             Neftçala rayon sakini