Zəfərə qovuşduran tarixi missiya!

2021-10-09 Baxış: 319
img
Azərbaycanın tarixi Qələbəsi Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, Ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edildi. Ali Baş Komandan İlham Əliyevin dünyanın ən güclü orduları sırasında qərarlaşdırdığı Azərbaycan Ordusu bizi ən ülvi arzularımıza qovuşdurdu. Böyük Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan “iti qovan kimi qovdu”. Sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi öz həllini tapdı.
Torpaqlarımızın düşmən tapdağından azad olunmasında igid, qəhrəman oğullarımız canlarından belə keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Bütün dünya gördü ki, dövrümüzdə haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Qələbə arzusuna çatmaq üçün, həm də güclü,vətənsevər, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin ağırlığını da göstərməlisən. Düşmən sənin dəmir yumruğunun gücünü duymalıdır. Başa düşməlidir ki, rəqibi ondan daha üstündür, havadarlarının köməyi onu bu zərbədən xilas edəbilməyəcək. 27 sentyabr 2020-ci iltarixində başlanan Zəfər mübarizəmiz, 44 gün sonra, noyabrın 10-u başa çatdı. Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 10 Noyabr bəyanatı kimi tarixə düşən və düşmənin təslim olmasını rəsmiləşdirən sənəd Ermənistanın Azərbaycan qarşısında diz çökməsini sübut etdi. Ölkəmiz bu uğuru heç də asanlıqla əldə etmədi. Bu baxımdan əldə edilən razılaşma tarixi əhəmiyyətinə görə xüsusi əhəmiyyət daşıyır. Çünki bununla Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bunun reallaşmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz, müdrik diplomatik fəaliyyəti, Rəşadətli ordumuzun şücaəti önəmli rol oynadı. Beləliklə, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi. Bu gün beynəlxalq aləm Azərbaycanı daha həssaslıqla öyrənməyə başlayıb. Dünya ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər də uzun olmayan illər ərzində çoxlarının xəyal belə etmədiklərini gerçəyə çevirməyi bacardı. İstənilən müharibədə əldə edilmiş qələbə əgər abadlıq-quruculuq işləri ilə davam etdirilmirsə, onun tarixi dəyəri azalır. Qələbə öz əsas məqsədinə çata bilmir. Çünki əsl qələbənin hədəfləri inkişafa, tikib-qurmağa, rifaha, insanın ləyaqətli həyatına, xoşbəxtliyinə nail olmaqdır. 30 il ərzində işğal altındakı torpaqlarımızda dağıdıcılıqdan başqa bir iş görməmiş erməni vandallarından fərqli olaraq, Azərbaycan bu məsələdə də bütün dünya üçün bir nümunə göstərir. Artıq işğaldan azad edilmiş bölgələrimizdə böyük quruculuq işlərinə start verilib. Bir daha vurğulamaq istəyirəm ki,,doğrudan da bu müharibədə qələbəmizin əsasında Dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq-Prezident-Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı. Eşq olsun Azərbaycan Ordusuna!, Yaşasın Ali Baş Komandan!, Var olsun Qalib Azərbaycan!
          Fərqanə Məmmədova
          Neftçala rayon sakini