Tarix yazan GƏNCLİYİMİZ!

2022-02-04 Baxış: 322
img
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi üzərinə düşən şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Həyatın bütün sahələrində olduğu kimi, Müzəffər Azərbaycan Ordusunda da xidmət edən gənclərimiz onlara göstərilən etimadı layiqincə doğruldurlar. Suverenliyimizin, təhlükəsizliyimizin qarantı dünyada adından söz etdirən güclü Azərbaycan Silahlı Qüvvələri olduğu kimi, Ordumuzun deyərdim bel sütunu Vətənə hədsiz sevgi ilə xidmət edən gənclərimizdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin heç şübhəsiz ən şərəfli tarixinin yazıldığı 44 günlük Vətən Müharibəsində əldə olunan böyük Zəfər bir daha sübut etdi ki, gücünü torpaq sevgisindən alan, mübariz, dönməz, mərd Azərbaycan gəncliyi Vətənimizi göz bəbəyi kimi qorumağa və bu yolda canını belə qurban verməyə daim hazırdır. Bu gün bir vətəndaş olaraq haqqında qürurla söhbət açdığımız gəncliyimizin uğurlarından saatlarla danışmaq, çoxcildli kitablar yazmaq olar. Bəli Azərbaycan gəncinin uğurları, vətənpərvərliyi, dövlətimiz qarşısında təqdirəlayiq xidmətləri kəlmələrə sığmayacaq qədər böyük və əvəzsizdir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan gəncliyinin formalaşması, təşkilatlanması, gələcəyə hədəflənmiş inkişaf stratigiyası bu gün fəxrlə deyə bilirik ki, müasir dünyanın ən nüfuzlu siyasi lederlərindən hesab edilən, XXI əsrin qalib sərkərdəsi cənab Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi manevrləri ilə daha da mükəmməlləşib, inkişaf edib. Bu gün Dövlət başçımızın fəaliyyətində hər zaman gənclərə böyük etimad, onların potensial bacarıqlarına xüsusi güvən durur. Bu mənada Ölkəmizin bugünki və gələcək həyatını şəkilləndirən, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın siyasi və hərbi imici haqqında yeni, həmçinin müsbət mənada təəccübləndirici fikirlər formalaşdıran son proseslər, bir növ gəncliyimizin bu sınaqdan üzüağ, böyük etimada qarşı layiqli çıxması kimi qiymətləndirilə bilər. Heç şübhəsiz bu sınaqlardan Müzəffər Azərbaycan Ordusunun sıralarında düşmənlərimizə qarşı rəşadətlə vuruşan əsgərlərimizin üzüağ çıxmasının bünövrəsində hər nə qədər mübarizlik ruhu və iradəsi həlledici rola malik olsa da, bir o qədər də Ali Baş Komandana olan inam, ümumilikdə gəncliyimizin Liderinin etimadına olan həssas münasibətidir. Heç şübhəsiz müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunması, zəfərə aparan digər siyasi təbliğat və təşviqat yönümlu proseslərin həyata keçirilməsi, virtual həmlələrin edilməsi, ümumilikdə ölkəmizin qələbəsi naminə həyata keçirilən bütün mübarizələr gəncliyimizin qarşısında duran ən məsuliyyətli vəzifələr idi. Əminliklə demək olar ki, gəncliyimiz bu mənada da öz sözünü ləyaqətlə dedi. Gəncliyimiz Ali Baş Komandanın bütün fikirlərinə, çağırışlarına, bəyanatlarına xüsusi fəallıqla yanaşaraq, günümüzün aktual tələbi olan sosial platformalarda lazımı ünvanlara öz sözlərini dedilər və deyirlər. Bəli öz Lideri ilə eyni hissləri bölüşən, eyni fikirdə olan gənclik, Azərbaycanın haqlı savaşından geri dönməyəcəyini, hamılıqla yalnız QƏLƏBƏ üçün səfərbər olduğumuzu dünyaya bəyan etdi. Bir vətəndaş olaraq bu gün də qürurla deyirəm! “tarix yazan gəncliyimizlə fəxr edirəm”!
       Əliheydər Qarayev
       Neftçala rayon sakini