Azərbaycan gənci ən yeni tarixin memarıdır!

2022-02-07 Baxış: 309
img
2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis olunmasınının 25 illiyi münasibətilə Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin gənclərlə görüşü tarixi əhəmiyyət daşıyır. Cənab Prezidentin gəncləri maraqlandıran və narahat edən mövzuları böyük səbr və diqqətlə dinləməsi, onların məhz birinci şəxsdən eşitmək istədiyi suallarını ətraflı cavablandırması, eyni zamanda bir qrup gəncin ənənəvi olaraq Prezident mükafatı ilə təltif olunması Azərbaycan gəncinə və gəncliyinə diqqət və qayğının, ciddi etimadın bariz nümunəsidir. Müstəqil Azərbaycanda gənclərlə işin təşkili, bu sahənin dövlət səviyyəsində tənzimlənməsi məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə növbəti dəfə qayıdışı ilə birbaşa bağlıdır. Geosiyasi vəziyyətin mürəkkəbliyi, daxildəki mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin pozucu fəaliyyəti, siyasi və iqtisadi sabitliyin hələ də kövrəkliyi fonunda uzaqgörən Lider ölkənin firavan gələcəyi üçün gənclərin təşkilatlanmasının vacibliyini nəzərə alaraq, bütün çətinliklərə baxmayaraq, 1994-cü ildə müvafiq sahə üzrə Nazirliyin yaradılması haqqında Fərman imzalayır. Bu Fərman imzalananda atəşkəs razılığından cəmi iki ay keçmiş, Əsrin Müqaviləsinə isə hələ iki ay qalmışdı. Bu hadisə özlüyündə təkcə Ulu Öndərin gəncliyə bəslədiyi inam və etimadı göstərmirdi, eyni zamanda Azərbaycanın işıqlı gələcəyi üçün gənclərin rolunun artırılmasına, gənclərin dövlətçilik ətrafında birləşməsinə, vətənpərvər ruhda tərbiyə olunmasına və digər xüsuslara hesablanmışdı. Cəmi 2 il sonra Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, 1 fevral 1997-ci il tarixli Sərəncamla isə forumun keçirildiyi 2 fevral tarixinin hər il Gənclər Günü kimi qeyd olunması ölkə gəncliyinin təşkilatlanmasında yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycanda Dövlət Gənclər siyasətinin forma və məzmununun yeni və inkişaf edən dünyanın tələblərinə uyğunlaşdırılması, bu istiqamətdə ardıcıllığın təmin olunması məqsədilə Proqram, Konsepsiya və Strategiyaların qəbul edilməsi cənab Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Məhz Ölkə rəhbəri tərəfindən gənclərin hərtərəfli inkişafına nail olmaq məqsədilə genişmiqyaslı infrastruktur və sosial layihələr icra olunur. Gənclərin təhsil səviyyəsinin beynəlxalq rəqabətliliyə davamlılığını təmin etmək məqsədilə yeni orta və ali məktəblərin istifadəyə verilməsi, minlərlə tədris korpuslarının tikintisi yaxud əsaslı təmir-bərpa edilməsi, xaricdə təhsil Dövlət Proqramlarının qəbul edilməsi, idmanın inkişaf etdirilməsi məqsədilə idmançıların hərtərəfli qayğıyla əhatə olunması, bütün regionlarda Olimpiya-İdman Komplekslərinin istifadəyə verilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün Gənclər Evi və Mərkəzlərinin yaradılması, onların ideya və arzularının gerçəkləşdirilməsi üçün müxtəlif formalarda qrantların təqdim olunması gənclər üçün yaradılan dövlət imkanlarının sadəcə kiçik bir qismidir. Gənclərlə işin təşkilində vacib məqamlardan biri də onların dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, kosmopolit dəyərlərin təsirinin geniş yayılmasının qarşısının alınmasıdır. Vətən Müharibəsində bütün dünya Azərbaycan gəncliyinin vətənpərliyinin, dövləti və milləti üçün canından belə keçməyə hazır olduğunun, bütün növ kənar təsrilərinin dövlətçilik, dövlətə bağlılıq prinsipininin yanında aciz olduğunun şahidi oldu. Cənab Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi 30 illik həsrətə cəmi 44 gün içərisində son qoydu. Azərbaycan Ordusunun bütün əməliyyatları, xüsusilə də Şuşa əməliyyatı ordumuzun, əsgər və zabitimlərimizin, bütövlükdə isə dövlətimizin gücünü, qüdrətini nümayiş etdirdi. Vətən Müharibəsindəki qələbə həm də gənclərin adı ilə bağlıdır. Müasir gənclik yeni geosiyasi mənzərərinin konturlarını məhz öz silahı, intellektual səviyyəsi ilə cızdı. Azərbaycan gəncliyinin qarşısında indi yeni missiyalar-işğaldan azad olunmuş torpaqlarımızın bərpası, müasir şəhərsalma texnikaları ilə həmin ərazilərin dünyanın diqqət mərkəzinə əlavə olunması dayanır. Biz, gənclər bütün dünyaya sahibi olduğumuz torpaqlara sahibi ilə birgə necə can gəldiyini göstərəciyik!
Fərhad Baxışov
Neftçala rayon gənci, ictimai fəal