Peyvəndlərin ədalətsiz bölgüsü Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşmasına mane olur

2022-03-07 Baxış: 239
img

COVİD-19 pandemiyası ümumbəşəri problem olduğu üçün burada hamıya eyni yanaşılmalıdır ki, xəstəliklə mübarizənin effekti olsun və bu xəstəlik tez bir zamanda aradan qaldırılsın. Təəssüflər olsun ki, Biz bu gün bunun əksini görürük. Belə ki, inkişaf etmiş ölkələr peyvəndlərin tədarükündə də inhisarçılıq yaradaraq onların az və orta gəlirli ölkələrdə istifadə olunmasının qarşısını alır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə mətbuat və digər informasiya vasitələrinin nümayəndələrinə bununla əlaqədar verdiyi müsahibələr çox önəmlidir. İlham Əliyev fikirlərində qeyd edir ki, indi dünyada bəzi inkişaf etmiş ölkələr öz vətəndaşları guya qoruyurmuş kimi həm vaksin istehsalçılarından lazım olandan çox vaksin alır, həm də yüksək keyfiyyətli vaksinləri də mənimsəyirlər. Cənab Prezidentində qeyd etdiyi kimi bu əslində acgözlükdən başqa bir şey deyil. Tutaq ki, sən öz ölkənin vətəndaşlarını sağaltdın, bəs sənin ölkənə gələcək az inkişaf etmiş yüksək keyfiyyətli vaksin əldə edə bilməyən ölkələrin taleyinə biganə qalmaq bəşəriyyətə qarşı cinayət deyilmi?

Azərbaycan Respublikası COVİD-19 pandemiyası ilə mübarizəyə öz töhfəsini mütəmadi olaraq verir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar vəsait köçürülüb, ehtiyacı olan ölkələrə vaksin tədarükü edilmişdir.

Müşviq Məmmədov,

YAP Neftçala rayon təşkilatının əməkdaşı