Rus dilində təhsilin qorunması düşünülmüş siyasətdir.

2022-03-07 Baxış: 228
img

Bu gün dünyanın reallıqları inteqrasiya, qarşılıqlı əlaqələrin qurulması üzərində yaranır.Bu baxımdan hər bir ölkə öz vətəndaşının daha bilikli,müasir texnologiyalardan yararlanmaq və onları öz işlərinə tətbiq etmək barədə düşünür. Ölkəsində savadlı kadrlar yetişdirərək dünyanın müxtəlif bölgələrinə göndərməklə o texnologiyaları öz ölkələrinə tətbiq etmək şansı qazanırlar. Bu baxımdan dil bilmək önəmli faktordur. Bu baxımdan ingilis və dillərlə yanaşı rus dilinə də ehtiyac duyulur. Xüsusən də Azərbaycan kimi postsovet məkanında yerləşən ölkələr üçün.

Bizim rus dilinə daha çox ehtiyacımız var. Məsələn, Gürcüstana gedən Azərbaycan vətəndaşı orada yerli gürcü əhalisi ilə əsasən rus dilində ünsiyyətdə olur.

Rus dilini bilməklə böyük bir məkanda qapılar üzümüzə açılır.İşləmək üçün, təhsil almaq üçün, istirahət məqsədi ilə postsovet məkanında sərbəst hərəkət edə bilərsiz.

Rus dilində təhsilin qorunması Azərbaycan Respublikasının prioritet məsələlərindəndir. Qonşu ölkələrin əksəriyyəti ilə əlaqələrimizdə bu dil üzərindən qurulur. Ona görə də Prezident İlham Əliyevin apardığı siyasət rus dilinə xüsusi diqqət düşünülmüş, uzaqgörən siyasətin nəticəsidir.

Müşviq Məmmədov, 

YAP Neftçala rayon