Azərbaycan xanımının fəxr ediləcək fəaliyyəti!

2022-03-07 Baxış: 840
img

Qadın bəşər cəmiyyətinin ən incə, zərif simasıdır. Bu incə zərif simalar içində necə möhkəm iradə, mətanət, dözüm, mübarizlik missiyası vardır. Bunu zamanla tariximizin ayrı-ayrı səhifələrindən izləyirik. Bu xanımlar sırasında dövlət xadimi də var, sıravi ailədən çıxan, mübarizlik ruhu ilə tarixdə önəmli fəaliyyət qazanan xanımlar da. Bəzən bu incə ruhlu xanımlar sırasınada fədakarlığın elə böyük cizgilərin seçir ki, insan, qiptə edir hətda. Bəli, Azərbaycan xanımları daim güclü, mətin, fədakar olaraq xalqımızın bu günümüzə qədər keçdiyi bütün dönəmlərdə ləyaqət, cəsurluq, mətanət nümunəsi olublar. Onlar təkcə öz dövrləri üçün deyil, Azərbaycan xalqının bütün tarixində, həmçinin gələcək nəsillər üçün də nümunə olaraq xatırlanmaqdadırlar. Tarximizi vərəqləyərək bir daha ruhunuz şad olsun deyirik. Onların sırasında hələ çox qərinələr, əsrlər öncə Tomris, Burla xatun, Sara xatun,Tuti Bikə, Ağabəyim ağa, Xurşidbanu Natəvan, Həcər, daha sonrakı dönəmdə isə, Hənifə Məlikova, Səfiyə (Sona) Tağıyeva, Səkinə Axundzadə, Sara Vəzirova, Nigar Şıxlinskaya, Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Məryəm Qembitskaya, Nazlı Tahirova, Məryəm Bayraməlibəyova, Şəfiqə Əfəndiyeva, Liza Muxtarova, Xədicə Əlibəyova, Mədinə Qiyasbəyli, Nigar Vəlibəyova, Xədicə Ağayeva, Gövhər Usubova, Şəfiqə Qaspiralı, Badusəba Köçərli, Şükriyyə Cavad, Fatma Topçubaşova, Qeysər Kaşıyeva, Ayna Sultanova, Xanımnaz Əzizbəyova, Mina Mirzəyeva və b. görmək olardı. Bu mübariz, fədakar qadınlar, xüsusilə xalq maarifinin inkişafı, mədəniyyət, sosial, ictimai sahələrdə fəaliyyət göstərirdilər. Nə idi onları bir sırada göstərən amal? Yurdsevrliyi idi, xalq üçün, onun inkişafı, maarifi üçün ziya toxumunu əkmək, qorumaq, yaşatmaq idi. Dönüb arxaya baxanda necə məşəqqətli ömür yaşayan bu xanımların ruhu qarşısında baş əyirik. Onlar bu günümüzün ziya yolunun ilk cığır salan xanımları idi. Onlar xalqımız tərəfindən heç zaman unudulmayacaq, daim yad ediləcəklər. Müasir həyatımızda, bu günümüzdə ictimai həyatımızın hər sahəsində qadınlar fəal mövqe nümayış etdirirlər. Hər bir fəal Azərbaycan xanımına örnək olan isə deyərdim ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyətidır. Bu fəaliyyət həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanımın dəyərli, çoxşaxəli fəaliyyətini izlədikcə fəxr edirik, qürur duyuruq. Azərbaycan xanımının işıqlı missiyası təkcə öz ölkəsində deyil, dünyanın hər tərəfindən görünür. Mehriban xanımın fəaliyyəti bir nümunədir. Humanizm soraqlı, örnək qadın fəaliyyətidir. Sülhsevərlik, tolerantlıq, yüksək intellekt, mədəniyyət, ziyalı olmaq, fədakarlıq, həm ailə, həm iş xanımı olmanın, qayğıkeşliyin, xəlqiliyin nümunəsidir. Biz Mehriban xanımı daim xalqımıza dəstək olaraq, ən çətin məqamlarda xəstə, ahıl insanların, öz ocağından didərgin düşən soydaşlarımızın,

şəhid analarının, qazilərimizin yanında görürük. Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə gənclərmizə dəstək olaraq, onların hər hansı sahədə, idman, bilik yarışmaları, xaricdə təhsil, ağacəkmə kompaniyaları, mədəniyyətimizin bütün sahələrində inkişaf xarakterli tədbirlərdə dəstək olduğunun şahidiyik. Nə yaxşı ki, xalqımızın belə bacarıqlı, ziyası ilə hər bir sahədə, xeyirxahlığı ilə dünyanın çox ölkəsində rəğbətlə qarşılanan, xatırlanan övladı var deyirik. Nəcib ideyaların dəstək fəaliyyəti ilə gerçəkləşdirilməsi Mehriban xanımın fəaliyyətinin qayəsidir. Məhz bu istiqamətdə biz YUNESKO və İSESKO-nun xoşməramlı səfirini beynəlxalq almdə ən xeyirxah işlərdə, yeniliyin təkmilləşdirilməsində, millətlərarası dini, irqi ayrı seçkiliyin aradan qaldırılmasında, uşaq hüquqlarının qorunmasında, sülhün, sabitliyin, ədalətin bərpası istiqamətində geniş fəaliyyət göstərdiyini izləyirik. Mehriban xanımın fəaliyyəti təkcə ölkəmizdə deyil, bütün dünyada, hümanizmə dəstək olan ölkələr tərəfindən də bəyənilir. Elə bu yüksək fəaliyyətin nəticəsidir ki, Mehriban xanım Əliyeva 2010-cu ildə iki mötəbər mükafata-Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. Həm ölkəmizdə, həm də dünya aləmində yüksək mədəniyyət nümunəsi kimi seçilən Mehriban xanım Əliyeva xalqımızın muğam sənətinin qorunması yolunda da çox xidmət göstərmiş, muğam sənətinin təbliği nəticəsində onun YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olmasına nail olmuşdur. Mehriban xanım həmçinin öz fəaliyyətində “Qarabağ həqiqətləri” silsilə təbliğat işləri aparmaqla, bu sahədə informasiyanın daha çox yayılmasına dəstək olmuşdur. Bütün dünyada xalqımızın haqq yolu, doğma ocağından, tarixi yurdundan didərgin düşən soydaşlarımızın köçkün həyatı haqqında ayrı-ayrı çap məhsulları ilə geniş məlumat verilmişdir. Eyni zamanda Fransa Terror Qurbanları Assosiasiyası, həmçinin Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə terrorizm qurbanlarına həsr edilən 7-ci Beynəlxalq konqresdə çıxış edən Mehriban xanım Əliyeva qeyd etmişdir ki, “Terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz”. Göründüyü kimi, bu gün Azərbaycanın Birinci xanımı, hər birimizin sevimlisi Mehriban xanım Əliyeva tək bir istiqamətdə deyil, dünyanın və cəmiyyətimizin inkişafa, təkmilləşməyə ehtiyacı olan, eyni zamanda mübarizə aparmalı olduğu bütün sahələrində öz sözünü deyir, dəyərli fəaliyyəti ilə uğur qazanır, əhəmiyyətli işlərin icrasına nail ola bilir. Bu böyük fəxrdir xalqımız üçün. Biz bu gün bütün dəyərli Azərbaycan xanımlarına, başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla can sağlığı diləyir, vətənimizin aydın sabahı üçün daim əzmlə çalışmalarını arzu edirik.

Bədirə Niftaliyeva

YAP Neftçala rayon təşkilatı Mədəniyyət ərazi partiya təşkilatının üzvü