Ulu öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır.

2022-03-07 Baxış: 310
img

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası sovet ittifaqının müttəfiq respublikalari arasinda bütün göstəricilərə göre axrıncı yerdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin  1970-1980-ci illərdə gördüyü işlər önəmli rol oynamışdır.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında ve inkişafında misilsiz xidmətləri olan dahi rəhbər  Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması,qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli Heydər Əliyev minnətdarıq. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər,alternativsiz dövlətçilik konsepsiyası,siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan qoydu.
1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi ve sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artdı. Respubikada bütün sahələrin-sənayenin, elmin,təhsilin,səhiyyənin inkişafı məhz Heydər Əliyevin səyləri ve məqsədyönlü fəaliyyeti ilə təmin olunmuşdur. Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu. Beləliklə ölkəmiz parçalanmaq,məhv olmaq təhlükəsindən tam keçdi.Xalqının sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə onu inkişaf edən sivil dövlət səviyyəsinə yüksəltməyə həsr edib. Yeni Azərbaycan Partiyası da Heydər Əliyev siyasi məktəbinin sütunudur və ən böyük təsirə malik siyasi qüvvədir. Bu gün xalq Heydər Əliyevin siyasi uğurlarını gündəlik həyatında hiss edir,onunla yaşayır ve onun irsindən faydalanır.



YAP Neftçala rayon təşkilatı 

Mədəniyyət Ərazi Partiya Təşkilatının sədr müavini,

Abdullayeva Əzizə