Neftçalada iki nəfər intihar edib.

2022-07-06 Baxış: 880
img

Neftçala rayonunda iki intihar hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə rayonun Bankə qəsəbəsində və SMD-31 yaşayış məntəqəsində baş verib. 1977-ci il təvəllüdlü qəsəbə sakini Mənəfova Növbahar Qəhrəman qızı saat 15:00 radələrində yaşadığı evin həyətində intihar edərək özünü asıb. 

Digər intihar hadisəsi Neftçala şəhər SMD-31 yaşayış məntəqəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Eynullayev Vüqar Yaşar oğlu həyətlərindəki damda özünü asaraq intihar edib. 

Faktlarla bağlı araşdırma aparılır.