Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var

2022-08-02 Baxış: 254
img

Bu gün Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhərlərin, rayonların və kəndlərin problemləri aradan qaldırılır. Məhz son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri reallaşdırılıb, uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Eləcə də elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib. Göründüyü kimi, Azərbaycanda bütün istiqamətlərdə inkişaf edir. Xüsusilə də, mühüm islahatların əsas istiqamətlərindən birini də kadr bazasının təkmilləşdirilməsi, gənclərə etimadın göstərilməsi və idarəçilik sisteminin daha da inkişaf etdirilməsi təşkil edir. Bunu ötən gün Prezident İlham Əliyevin Lerik və Göygöl rayonlarının icra hakimiyyətlərinin başçısının təyinatından da əyani şəkildə görmək mümkündür.

Cənab Prezident yeni təyin olunan icra başçıları ilə görüşündə çıxışı zamanı “Hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var. Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir” fikirlərini qeyd etmişdir.

Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası regionlar arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş  İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara  tapşırıqlarını verməsi də  ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir.


Aytac İskəndərli,

YAP Neftçala rayon təşkilatının əməkdaşı