Neftçalada şəhid Rəfail Fətullayev dəfn olundu

2022-09-14 Baxış: 517
img

Xəbər verildiyi kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Törədilən təxribat zamanı Neftçala rayonu Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rəfail Rüfət oğlu Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Fətullayev Rəfail Rüfət oğlu sentyabrın 14-ü Neftçala şəhər Mərkəzi qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.