Qələbəyə aparan yol

2022-09-29 Baxış: 216
img

Azərbaycanın tarixi Qələbəsi xalqımızın sarsılmaz birliyi, Ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandanımızın müdrikliyi ilə əldə edildi. Ali Baş Komandan İlham Əliyevin dünyanın ən güclü orduları sırasında qərarlaşdırdığı Azərbaycan Ordusu bizi ən ülvi arzularımıza qovuşdurdu. Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan qovdu. Sülh danışıqları ilə neçə il müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu.

Bütün dünya gördü ki, dövrümüzdə haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir.​ Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin ağırlığını da göstərməlisən. Düşmən dəmir yumruğun gücünü duymalıdır. Başa düşməlidir​ ki, rəqibi ondan daha üstündür, havadarlarının köməyi onu bu zərbədən xilas edə bilməyəcək.

2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı . Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə bəyanat imzalandı və bu, təslimçilik aktı olaraq, işğalçı ölkəni sülh danışıqlarının müddəalarını təsdiqləməyə məcbur etdi. Ölkəmiz bu uğuru heç də asanlıqla əldə etmədi. Bu baxımdan əldə edilən razılaşma tarixi əhəmiyyətinə görə xüsusi əhəmiyyət daşıyır. Çünki bununla Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.​ Bunun reallaşmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz, müdrik diplomatik fəaliyyəti, rəşadətli ordumuzun şücaəti önəmli rol oynadı. Beləliklə, sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycanın düşmən üzərində həlledici qələbəsi ilə nəticələndi.

Bu gün beynəlxalq aləm Azərbaycanı daha həssaslıqla öyrənməyə başlayıb. Vətən müharibəsindəki qələbəmizdən sonra hər kəsin bizə diqqəti daha da artıb. Dünya ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiklərindən nəticə çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər də uzun olmayan illər ərzində çoxlarının xəyal belə etmədiklərini gerçəyə çevirməyi bacardı.

İstənilən müharibədə əldə edilmiş qələbə əgər abadlıq-quruculuq işləri ilə davam etdirilmirsə, onun tarixi dəyəri azalır. Qələbə öz əsas məqsədinə çata bilmir. Çünki əsl qələbənin hədəfləri inkişafa, tikib-qurmağa, rifaha, insanın ləyaqətli həyatına, xoşbəxtliyinə nail olmaqdır. 30 il ərzində işğal altındakı torpaqlarımızda dağıdıcılıqdan başqa bir iş görməmiş erməni vandallarından fərqli olaraq Azərbaycan bu məsələdə də bütün dünya üçün bir nümunə göstərir. İşğaldan​ azad edilmiş bölgələrimizdə böyük quruculuq işlərinə start verilib.

Bir daha vurğulamaq istəyirəm ki, doğrudan da bu müharibədə qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

Ölkə başçısı İlham Əliyev xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə,hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsi haqqında sərəncam imzalamışdır.

Bizə​ Zəfər gününü,Zəfər təntənəsini yaşadanlara nə qədər minnətdarlıq etsək belə,yenə azdır. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında canından keçən şəhidlərimizin ruhu qarşısinda baş əyirik!

Sona Haxıyeva

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi