Andına və xalqına sadiq ŞƏXSİYYƏT!

2022-10-04 Baxış: 193
img

Bu gün qətiyyətlə demək  olar ki, müstəqil  dövlətçiliyimizin banisi və  qurucusu Heydər Əliyev Azərbaycan xalqının bütün  dövlətçilik tarixi  ərzində  miqyasına  və səviyyəsinə   görə  bənzəri  olmayan müdrik şəxsiyyət olmuşdur. Dahi  Şəxsiyyət hər zaman xalqına və dövlətinə sadiq qalaraq, onun yaşaması, inkişaf etməsi yolunda bir an belə dayanmadan, usanmadan xidmət etmişdir. Ulu Öndər ölkəmizdə həm birinci, həm də ikinci dəfə siyasi hakimiyyətdə olarkən Azərbaycan xalqının  arzularının, ideyalarının reallaşması naminə misilsiz fədakarlıq, yorulmaz fəaliyyət göstərdi. Onun zəkasına, dəmir  məntiqinə, böyük təcrübəsinədünyanın  tanınmış  siyası  liderləri, ölkə   başçıları  heyran  edilər. Heydər  Əliyev hər şeydən öncə Böyük  İnsan  idi. Onda  bir  insana məxsus ola bilən zəngin  mənəviyyat, kövrək  qəlb, güclü  yumor  hissi, həssas və duyğulu ürək var idi. Tanrı  onu  sanki  ancaq qurub yaratmaq  üçün xalqın  qismətinə  bəxş  etmişdi. Ulu   Öndərimiz hansı  zirvədə  olursa-olsun həmişə  xalqın  içində   idi, xalqla  bir  yerdə  idi. O, bütün kürsülərdən Azərbaycanın  sözünü  deyir, Azərbaycanın  mənafeyini  müdafiə  edirdi. Heydər  Əliyev deyəndə dövlətçiliyimiz, bütövlükdə həmişəyaşar, müstəqil  Azərbaycan  yada düşür. Bu gün müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin  uzaqgörənliyi, müdrikliyi sayəsində millətimizin ən qiymətli sərvəti dərəcəsinə yüksəlmişdir. Məhz 1993-cü ildə Azərbaycan xalqı düşdüyü ağrı-acılı vəziyyətdən xilas olmaq üçün o zaman Naxçıvanda olan Ulu Öndərə üz tutması Dövlətimizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından xilas etdi. Bu addımla bu gün əminliklə deyə bilirik ki, Azərbaycanın əbədi yaşamasına, inkişafına, tərəqqisinə zəmin yarandı. 15 iyun tarixində xalqın təkidli istəyi və tələbi ilə Bakıya gələn Ulu Öndər 1993-cü il oktyabr ayının 3-də ölkədə keçirilən Prezident seçkilərində iştirak etdi. Və dahi Şəxsiyyət bir daha xalqın ona olan sevgisini, inamını əyani gördü. Qədirbilən Azərbaycan xalqı Ulu Öndəri 98.84 faiz səslə Azərbaycan Republikasının Prezidenti seçdi. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi Liderə ehtiyacı var. Həyatının mənasını xalqına və dövlətinə xidmət etməkdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi tamamilə yeni inkişaf, tərəqqi yolunun başlanğıcı oldu. Bu  gün Dahi  şəxsiyyət  Heydər  Əliyevin  ruhu  şaddı. Cənab  İlham  Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən Müharibəsi nəticəsində  30 ilə yaxın işğal altında qalan torpaqlarımız  işgaldan  azad  olunub. Şəhidlərimizin  qanı  yerdə  qalmayıb. Məmnunluqla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman da yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu möhkəm bünövrə üzərindədir!

          

             Azadə Həsənova;

             Neftçala rayon sakini, mədəniyyət işçisi