Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır.

2022-10-10 Baxış: 222
img
Təkcə XX əsrdə Ermənistan ərazisindən azərbaycanlılar iki dəfə departasiya olunmuşdur. Ulu öndər Heydər Əliyev 1947-1953- cü illərdə olan kütləvi köçürülməyə rəsmi depatrasiya adını vermişdi. Daha faciəli şəkildə köçürülmə faktı 1988-ci ildən başlayaraq Birinci Qarabağ müharibəsinin sonuna qədər davam etməsi və bir milyon insanın ata-baba yurdundan didərgin düşməsi müasir tarixin qanlı səhifəsi olmaqla bərabar hamının yaxşı xatırladığı tarixi faktdır. Bunun nəticəsidir ki, bu gün Qarabağ ərazisində yaşayan ermənilər tarixin təkrarlanacağından qorxurlar.
Ölkə başçımız bildirir ki, hazırda azərbaycanlıların olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli vətəndaş yaşayır və Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir: “Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlılar idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar olub. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıtmaqla həmin tarixi silməyə çalışıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər”
Azərbaycan xalqı bütün millətlərin nümayəndələri ilə sülh və tolerantlıq mühitində birgə yaşaya bildiyini sübut edib və hətta xalqımızın bu xüsusiyyəti hər zaman bir nümunədir. Bakı  çoxdan bəyan edib ki, Azərbaycan pasportu almaq istəyən və azərbaycanlılarla dinc yaşamağa razı olan bütün Qarabağın etnik ermənilərinin təhlükəsizliyinə zəmanət verir. Ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırıb, torpaqlarımızı işğal edənədək biz onlarla da Qarabağ ərazisində də, Bakıda da mehriban və problemsiz şəraitdə birgə yaşayırdıq. Amma bu sülhü ermənilər pozdu. Yenə də Azərbaycan xalqı sülhə sadiqliyini bəyan edir və ərazimizdəki digər xalqların nümayəndələri kimi ermənilərə də birgə dinc yaşayış vəd edir. Amma bütün dövrlərin “oyunpozanı” ermənilər buna hazırdırmı? Bu xalqın hamıya və hər şeyə nifrəti nəticəsində Ermənistan monoetnik dövlətdir. Biz erməni xalqının sadə nümayəndələri ilə nifaq aparmadığımızı və birgə yaşamaq niyyətimizi dəfələrlə bəyan etmişik, bəyənmirlər və ya istəmirlərsə, gedib öz monoetnik dövlətlərində yaşaya bilərlər”.
10 Noyabr razılaşmasında Azərbaycan heç vaxt etnik təmizləmə aparmamasına  imza atmış, milliyəti erməni yazılmaqla onlara vətəndaşlıq veriləcək və ölkə vətəndaşı olaraq onların bütün tələbatları qarşılanacağı qəbul edilmişdi. Bütün sahələrdə olduğu kimi Azərbaycan həmin şərtlərə əməl etməyə hazır olduğunu real şəkildə göstərir. Bu gün ölkə başçımız bütün görüşlərində və çıxışlarında Qarabağda yaşayan erməniləri Azərbaycanın onları departasiya etməyəcəyini, onlara vətəndaşlığı verərəkən heç bir təcavüzkar mövqe tutmaycağını bildirir. Dünya Azərbaycanı çoxmillətli və tolerant bir ölkə kimi qəbul edir və bu gün ölkədə yaşayan bütün digər xalqlar kimi Aərbaycanın Qarabağ ərazisində yaşayan ermənilər də bütün bu hüquqlardan istifadəsinə ölkə başçısı şəxsən təminat verir.
Praqa görüşü Azərbaycan dövlətinin və  xalqın sülhsevər mövqeyini aydın şəkildə bəyan etdi. Bu görüş öz əhəmiyyətinə görə müharibə meydanında əldə edilmiş qələbənin siyasətçilrin fikrincə desək çox çətinliklə qazanılmış uğurun siaysi müstəvidə davamı idi. Azərbaycan Ermənistandan fərqli olaraq sistemli və məqsədyönlü, beynəlxalq hüquq normalarına uyğun siyasət həyata keçirdiyi Praqa görüşündə aydın göründü. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan məntiqi əsaslarla, beynəlxalq hüquqa söykənən mövqe nümayış etdirir. O cümlıdən Avropa İttifaqı ilə müzakirə olunacaq məsələlərin siyasi yük olaraq çəkisinə baxılarsa hansı tərəfin hansı siyasi məsəlıə ilə gəldiyini araşdırsaq Azərbaycanın və Ermənistanın siyasi potensialı arsında xeyli fərq olduğu aşkar görünür. Avropa ittifaqı formatında keçirilən digər görüşlərin dfavamı kimi üqəbul edilən Prasqa görüşü 30 il ərzində aparılan bütün  görüşlərdən öz intensivliyi və səmərləliyi ilə fərqlənir. Qısa desək Praqa görüşü güclü və qüdrətli dövlətimizin diplomatik müstəvidə böyük zəfəridir. Azərbaycanın dünyada nümayiş etdirdiyi siyasəti düzgün araşdırsalar görərlər ki, artıq Ermənistanla Azərbaycan arasında Qarabağ mövzusu yoxdur. Prezident ilham Əliyevin müdrik rəhbətliyi altına Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsinə yaşayır. Ölkə başçımızın məqsədi bu gün regionun inkişafı,  və vətəndaşların əmin-amanlığını təmin etməkdir və 19 il ərzində qarşısına qoyduğu bütün məqsədlərə çatdığı kimi bu işin də öhdəsindən uğurla gələcək. 

Fərqanə Ağalarova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü