Neftçala şəhər bələdiyyəsinin sədri ərzaq yardımlarına ayrılan vəsaitləri mənimsəyib

2022-10-21 Baxış: 699
img

Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Neftçala rayon prokurorluğundan MAYAKİNFO-ya verilən məlumata görə, araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq davam edir.