Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.

2022-10-23 Baxış: 240
img

Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu fikri ifadə etmişdir. Tamamilə haqlı olaraq işlədilmiş ifadədir. Çünki Fransa nə Minsk qrupunun üzvü kimi, nə də beynəlxalq hüququn legitimliyinə dəyər verməli olan bir avropa ölkəsi kimi heç bir vaxt Azərbaycan-Ermənistan arasında baş verən bu müharibədə ədalətli rol oynamamışdır. Əksinə münaqişəni dondurmaq, ondan öz maraqlarına uyğun olaraq istifadə etmək yolunu tutmuşdur. Cənab prezidentin qeyd etdiyi kimi “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur” . Buradan həm də o məna aydın olur ki, Əgər Minsk Qrupunun xidmətinə ehtiyac yoxdursa, həmin qrupun üzvü kimi Fransaya da ehtiyac yoxdur. Bildiyimiz kimi Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verdi. Azərbaycan tərəfi yenə də öz xoş niyyətini ortaya qoydu. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirdi, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərdi. Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verdi, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bundan başqa Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Təəssüf ki, bütün bu hadisələr onu göstərir ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən artıq xətt çəkmiş durumdadır. Məhz buna görə də Bundan sonra Fransa hökumətinin bu cür münasibəti nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyü yoxdur.

Aytəkin Mahmudova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü