Neftçalada "Zərərli vərdişlərə yox deyək!" layihəsinin açılış tədbiri baş tutub.

2023-01-16 Baxış: 352
img

13.01.2023 tarixində Neftçala rayon Heydər Əliyev Mərkəzində "Zərərli vərdişlərə yox deyək!" layihəsinin açılış tədbiri baş tutub.

Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi Anar Güllərlinin rəhbəri olduğu "Zərərli vərdişlərə yox deyək!" layihəsinin açılış mərasimi həyata keçirilib.

Açılış tədbirində Neftçala RİH-in, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Çıxışların və müzakirələrin yer aldığı tədbirdə layihənin aktuallığından bəhs edilib, əhəmiyyəti və gözlənilən nəticələri müzakirə olunub. Tədbirin sonunda layihənin ekspertləri tərəfindən təlimlərin mümkün psixoloji və digər təsirləri izah edilib.

Qeyd edək ki, layihə çərçivəsində təlimlər Neftçala və Salyan rayonlarının hərəsində iki olmaqla, ümumilikdə 4 məktəbin şagirdlərini əhatə edəcək.