Salyanda İran vətəndaşı qəza törətdi

2019-05-02 Baxış: 1248
img

02.05.2019. MAYAKİNFO 

Dünən axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qəzaya uğrayan TIR-ın sürücüsü ağır xəsarətlər aldığından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, İranın Behlisavar (Biləsuvar ) rayon sakini, 49 yaşlı Əxtəri Cabir Qaçay oğlunun idarə etdiyi, Bakıdan yük daşıyan TIR qarşısında gedən Masallı rayon sakininin idarə etdiyi mişar daşı ilə yüklü “KamAZ” markalı yük maşınını vuraraq aşırıb və sonra yol ayrıcına çırpılaraq onu dağıdıb.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.