Neftçala rayonunda “Heydər Əliyev ili” ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycanın intibah dövrü”, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda elmi praktiki konfrans keçirilib.

2023-05-01 Baxış: 234
img
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın intibah dövrü”, “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda elmi praktiki konfrans keçirilib.
Elmi praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin üzvləri, tanınmış politoloqlar Arzu Nağıyev, Musa Qasımlı, Rasim Musabəyov, Azərbaycan Dövlət Televiziyasının departament rəhbəri, jurnalist Elnar Məmmədli, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Ulu Öndərin Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə baxış keçiriblər.
Elmi praktiki konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görən Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşməsini, 1969-1970-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbaycan şəhərinə çevrilməsini iştirakçıların diqqətinə çatdırıb. RİH-in başçısı bildirdi ki, bu gün Azərbaycan qalib ölkədir, haqq yolunda vüqarla irəliləyir, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid, mərd oğullarımızın şücaətiylə düşmən işğalından azad olunub. Bu qalib Ordunun təməliniməhz Ulu Öndər Heydər Əliyev qoyub.Bu Azərbaycan dövlətinin intibah və oyanış dövrüdür!
Elmi praktiki konfrans qonaqların iştirakı və video formatda Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə şurasının üzvü Başar Kömür, Rusiya Siyasi Araşdırmalar İnstitunundirektoru Sergey Markov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər və görüş sual-cavab formatında davam edib.