Bakıdakı Avroliqanın finalı üçün biletlər satışa çıxarılıb

2019-05-02 Baxış: 240
img

02.05.2019. MAYAKİNFO 

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

ONA-nın məlumatına görə, bu gündən etibarən 5000 bilet satışda olacaq. 

Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya  280 (140 AVRO), ikinci kateqoriya 180 (90 AVRO), üçüncü kateqoriya 100 (50 AVRO), dördüncü kateqoriya isə 60 manat (30 AVRO) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.  

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir