Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq

2023-07-27 Baxış: 158
img

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bir çox məsələlərə toxunmuşdur. Cənab Prezident indiyə qədər erməni yalanlarından və iftiralarından yorulmuş dünyaya bir daha bəyan etmişdir. “Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad” raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın”.

İkinci Qarabağ Müharibəsində təkcə ermənilərin yox, erməni faşizminin belinin qırıldığını qeyd edən ölkəmizin başçısı 30 il ərizndə törədilən vəhşiliklərin, faşist xislətli erməni nasistlərinin barbarlıqlarının xalqın qan yaddaşında dərin izlər buraxdığını bildirərək bunu unutmağın, yaddan çıxarmağın mümkün olduğunu bildirmişdir. “Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər.  Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını etiraf etməsidir.”

Tarixdən bəllidir ki hər dəfə onun, bunun təhriki ilə baş qaldırıb amansız qətlləri törədən ermənilər bir müddət keçəndən sonra burunları əzilir və acınacaqlı duruma düşürlər. Təəssüf ki, bu vəziyyətdən ibrət dərsi almaq yadlarından çıxır.  Lakin indi nə dünya əvvəlki deyil, nə də Azərbaycan xalqı onların məkrli hiylələrini aldanacaq qədər sadəlövh deyil. Yalnız və yalnız öz günahlarını etiraf edib sakit və qanunlara tabe olma şəraitində yaşamağı qəbul edənlər Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edə bilərlər. Əks təqdirdə Azərbaycan xalqı və dövləti separatizmin də faşizmin də onlara baha başa gələcəyini bir daha göstərə bilər.

Ölkəmizin başçısının söylədikləri təkcə ermənilərə deyil, həm də onların havadarlarına yönəlmiş mesajlar idi. Hamının kifayət qədər düşünmək imkanı var və düşünmək zorundadırlar. Ya bizim təkliflərimizi qəbul edib dinc şəraitdə yaşamaq, ya da gəldikləri kimi çıxıb getmək zorunda qalmaq. Hər halda Azərbaycanın dövlət başçısının qəti mövqeyi ağlı başında olan hər kəsi qəflət yuxusundan oyadacaq qədər aydındır.

 

Asif Bayramov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri