Ölkə başçısı cənab İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər Ermənistan, onların havadarları, həm də bütövlükdə Qarabağ erməniləri üçün ciddi mesaj idi.

2023-08-04 Baxış: 301
img

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi dünyanın diqqətini çəkməklə geniş müzakirələrə səbəb olmuşdur. Belə ki, Ölkə başçısının regional münasibətlər, Qarabağ ermənilərinə çağırışı, sülh gündəliyi ilə bağlı səsləndirdiyi fikirlər kifayət qədər maraqlı və aydın idi. Qeyd edək ki,  cənab İlham Əliyev dəfələrlə Ermənistan və onların havadarlarına mesajlar verib. Xüsusilə müharibədən sonra regionda münasibətlərin  normalllaşdırılmasının vacibliyini önə çəkib. Bəli, bu gün Cənubi Qafqaz regionunda ictimai münasibətlər sisteminin normallaşdırılması üçün uzunmüddətli sülhə ehtiyac vardır. Hələ Vətən Müharibəsinə qədər Azərbaycan 30 il ərzində də sülhlə bağlı mövqeyini ifadə edib. Ölkəmiz heç zaman bölgədə müharibə və gərginliyin olmasını istəməyib və bunu da açıq bəyan edib. Lakin havadarlarının köməyinə arxalanan qonşularımız heç zaman vəziyyəti düzgün qiymətləndirməyib. Cənab Prezident “Euronews" kanalına sonuncu müsahibəsində də ölkəmizin sülhə sadiqliyini, eləcə də dövlətin sülhə olan münasibətini beynəlxalq ictimaiyyətin diqqətinə növbəti dəfə çatdırdı. Əlbəttə ki, Erməni tərəfi bütün səslənən fikirlərdən nəticə çıxaracaqsa, mühüm razılaşmalara nail olmaq olar. Ölkə başçısı müsahibəsində Qarabağ erməniləri ilə bağlı da mövqeyini ortaya qoydu. Xüsusi vurğulandı ki, bu gün Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində minlərlə erməni əsilli vətəndaşı yaşayır və Azərbaycan hər zaman erməni əsilli vətəndaşlarına sahib çıxıb. Lakin qarşı tərəf heç vaxt buna imkan yaratmayıb. Cənab İlham Əliyev Qrabağ ermənilərinin də Azərbaycanın digər etnik kimlikdən olan vətəndaşları ilə eyni formada, qanunlarımız çərçivəsində yaşaya biləcəklərini xüsusi vurğuladı. Ölkə başçısının bu müraciətlərini Qarabağda yaşayan və ağılla düşünə bilən və separatçıların girovluğundan əziyyət çəkən erməni əsilli vətəndaşlarımız üçün açıq çağırış hesab etmək olar. Bilirik ki, müxtəlif vasitələrlə Qarabağ ermənilərinin Azərbaycana can atan nümayəndələri var. O da aydındır ki,dəcə bu gün Xankəndində və xaricdə oturan separatçı-terrorçu xunta rejimi və onların hamiləri insanları çox ciddi şəkildə sıxışdırırlar. Hər halda Ölkə Prezidenti cənab İlham Əliyevin müsahibəsi həm Ermənistan, onların havadarları, həm də bütövlükdə Qarabağ erməniləri üçün ciddi mesaj idi.

 

         Həbulla Rəhimov;

         Neftçala rayon sakini, müəllim