Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır.

2023-09-25 Baxış: 156
img

Prezident İlham Əliyev ayrı-ayrı vaxtlarda çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı ölkə ilə müzakirə etmək fikrində deyilik: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki hərbi birləşmələrinin sentyabrın 19-da törətdikləri növbəti terror aktları nəticəsində polis əmkdaşlarımız və mülki şəxslər şəhid oldular. Azərbaycan buna lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə cavab verdi. Məqsəd 2020- ci il noyabrın 10- da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa –quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliklərinin təmin olunması idi.

23 saat çəkən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndidəki qanunsuz rejim ağ bayraq qaldıraraq təslim oldu. Bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri başa çatdı.

Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində lokal antiterror tədbirlərinin başlandığı anlardan hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə hərbi uğurlara nail olduqlarını qürurla bildirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz suverenliyini bərpa etdi.
Azərbaycanın Qarabağ bölgəsində apardığı lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinə, tibbi vəsait və digər təminatlarına böyük diqqətlə, həssaslıqla yanaşıldı. Prezident İlham Əliyev sözügedən müraciətində vurğuladı: “ Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”. Dövlət başçısı açıqladı ki, biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər: “Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri , zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.

2020- ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq üç il ərzində öz silahlı qüvvələrini və texnikasını ərazilərimizdən çıxarmayan Ermənistan Azərbaycanın gücünü bir daha gördü. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə ağır zərbələr endirildi, silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı.
Azərbaycan dövləti lokal antiterror tədbirləri ilə separatçılara göstərdiki, bir yolları var, bundan sonra öz bədnam əməllərindən əl çəkməlidirlər.  

 

Rasət Heybətov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri