Neftçalada baş vermiş qəzada xəsarət almış sürücü dünyasını dəyişdi.

2019-05-08 Baxış: 1168
img

08.05.2019

Mayın 5-də Neftçala rayonunun Bankə qəsəbəsində Təhməzov Gəncalı Əbülfəz oğlunun idarə etdiyi  10-NL-268 dövlət qeydiyyat nişanlı  "Niva" markalı avtomobillə Məmmədov Cəlal Rafiq oğlunun idarə etdiyi motoskletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. 

Hadisə şahidlərinin MAYAKİNFO-ya verdiyi məlumata görə, hadisə nəticəsində Niva-nın sürücüsü xəsarət almasa da, motoskleti idarə edən Cəlal Məmmədovun baş nahiyəsi zədə almışdır. Yaralı Neftçala Rayon Xəstəxanasına yerləşdirilsə də, mayın 7-də dünyasını dəyişmişdir.

Faktla bağlı araşdırma aparılır.