Neftçalada Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş boks birinciliyi keçirilib.

2019-05-08 Baxış: 722
img

08.05.2019

Mayın 5-də Neftçala şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə rayonun Bankə qəsəbəsində yerləşən idman zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş boks birinciliyi keçirilmişdir. 

Məktəbin məşqçisi Əlipaşa Bağırovun MAYAKİNFO-ya verdiyi məlumata görə, yarışda Neftçala rayonundan olan 3 komanda - Neftçala şəhərində, Bankə və Xıllı qəsəbələrində fəaliyyət göstərən boks klublarının komandaları iştirak edib. Yarışda Biləsuvar rayonunun boks komandası da qonaq qismində iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə açan Əlipaşa Bağırov yarış iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Heydər Əliyevin Azərbaycan üçün etdiyi fədakarlıqlardan bəhs etmişdir. Tədbirin sonunda qaliblər diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.