YAP Neftçala rayon təşkilatı təşviqat kampaniyasına uğurla start verib.

2024-01-19 Baxış: 140
img
YAP-ın Neftçala rayonu üzrə seçki qərargahı seçki kampaniyasının bu mühüm mərhələsinə hazırlıq işlərini başa çatdırıblar. Yanvarın 15-də gecə saatlarından etibarən təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlanıb.
Qeyd edək ki, seçkilərə “Qalib Xalqın Qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 2023-cü il dekabrın 15-də keçirilmiş iclasında partiyanın Sədri İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyasının 2023-cü il dekabrın 30-da keçirilmiş iclasında İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınıb.